Oğlan ve Qız
Sunday, February 3, 2013 5:01:05 PM
Bir avtobus dayanacağındaqarşılaşmışdılar ilk dəfə. Biri Tibb
Universitetində oxuyurdu, digəri
Memarlıq və İnşaat
Universitetində. O ilk
qarşılaşmadan sonra bir daha, bir daha və bir daha görüşə bilmək
üçün hər dəfə eyni saatda, eyni
dayanacaqdan, eyni avtobusa
mindilər.
Gənc idilər, çox gənc... Bir-birləri ilə
danışacaq cəsarəti tapmaları vaxt aldı, amma nəhayət bacardılar.
Əslində heç biri hər səhər
avtobusa mindikləri tərəfdə
yaşamırdılar. Oğlan dostugildə
qaldığı üçün həmin dayanacaqdan
minmişdi, qız ısə isə bacısı gildə. Sırf bir-birlərini görə bilmək üçün
hər səhər tezdən evlərindən çıxıb
şəhərin taaa o başından həmin
dayanacağa gəldiklərini gülə-gülə
bir-birlərinə etiraf etdilər bir gün...
Universiteti bitirən kimi evləndilər. Xoşbəxt idilər, çox xoşbəxt. Bəzən
işsiz, bəzən pulsuz qaldılar. Amma
qəlbləri bir-birinə elə bağlı idi ki,
heç bir şey gözlərinə görünmürdü.
Ayın sonuna güclə çatdıqları
zamanlarda da, məşhur bir həkim və məşhur bir memar olduqları
zamanlarda da həmişə xoşbəxt
idilər.
Zamanın aşınmasına uğrayan,
alışqanlıqlara çevrilən sevgilərdən
deyildi onlarınkı... Günlər günləri, illər illəri qovaladıqca sevgiləri də
böyüdü, böyüdü... Tək
çatışmazlıqları övladlarının
olmaması idi.
Çətin bir müalicə kursu
keçmələrinə baxmayaraq övlad sahibi olmadıqlarında, “bütün
xoşbəxtliklərin bizim olmağını
gözləmək naşükürlük olar” -
deyərək davam etdilər həyatlarına.
Övlad yerinə sevgilərini
böyütdülər... “Sənin üçün ölümə gedərəm” -
deyərdi Sevda ona sarılaraq, “yox,
mən sənin üçün ölərəm” deyə
cavab verərdi Aqşin.
Bəzən evə gələndə aynanın
üzərində bir qeyd görərdi Sevda, “Əzizim, kitabxananın ikinci rəfinə
bax...”. Kitabxananın ikinci rəfində
başqa bir qeyd olardı, “Mətbəxdəki
stolun üzərinə bax və səni çox
sevdiyimi heç zaman unutma”.
Mətbəxdəki stoldan yataq otağındakı şkafa qədər sevgi dolu
qeydləri oxuya-oxuya gələn qadın,
ən sonunda ya bir dəstə gül, ya
çox sevdiyi şokoladlar, ya da
bahalı hədiyyələrlə qarşılaşardı.
Aldığı hədiyyənin nə olması heç də əsas deyildi...
Həyat nə qədər sürətlə axırsa
axsın, işləri nə qədər gərgin olursa
olsun hər zaman bir-birlərinə
ayıracaq zaman tapırdılar. Buna
baxmayaraq 40 yaşlarına gəldikdə daha az işləməyə qərar verdilər.
Aqşin xəstəxanadan ayrıldı və
şəxsi müayinə otağında xəstə
qəbul etməyə başladı. Sevda isə
ofisini bağladı və sadəcə xüsusi
layihələrlə işləməyə başladı. Artıq daha çox bir yerdə ola
bilirdilər. Bir gün sahildə
dolaşarkən xaraba ev gördü
Sevda, üzərində “SATILIR” elanına
baxaraq “”nə deyirsən, bu evi
alaq?” dedi Aqşinə. “Bu xarabanı söküb, üzrəində çox gözəl bir ev
tikərik. Layihəni artıq beynimdə
çəkdim. Çox böyük bir eyvanı olan,
qağayıları səhər yeməyinə dəvət
edə biləcəyimiz bir dəniz evi...”
“Sən istədiyinə mən heç “yox” deyə bilərəm?” – deyə cavab verdi
Aqşin. “Amerikadakı tibb
konqresindən dönən kimi əmlak
məsələlərin ilə mağşul olan adama
zəng edərəm. Neçəyə olursa olsun,
bu ev bizimdir artıq...” Sadəcə 1 həftə ayrı qalacaqlarını
bilsələrdə, ayrılmaları çox çətin
oldu. Hər gün, hər saat danışdılar
telefonda. Göz yaşları içində
qucaqlaşdılar aeroportda.
Ancaq bir neçə gün sonra həyat yoldaşında bir qəribəlik olduğunu
hiss etdi Sevda. Əvvəlki kimi
xoşbəxt görünmür, danışmaqdan
qaçırdı. Onun kefini açmaq üçün
sahildəki evi yadına saldı və
çəkdiyi layihəni verdi ona, amma heç gözləmədiyi bir cavab aldı:
“Canım, o ev bizim büdcəmizə
uyğun deyil. Ən yaxşısı onu
unut...”
Xoşbəxtliyin dadına öyrəşmiş
insanlara bu kimi hallar daha da çətin gəlir. Sevdaya heç xoş
gəlmədi gözlənilməyən cavab.
Dərdini deməsi üçün yalvardı
Aqşinə, “sənin üçün ölərəm,
bilirsən, xahiş edirəm danış” –
deyə dil tökdü boş yerə... İllərdi sevdiyi adam duyğusuz, sevgisiz
biri ilə yer dəyişmişdi sanki. Ona
yaxınlaşmağa çalışdıqca, beton
divarlara çırpılırdı elə bil. Hər
çırpılanda daha çox qanayırdı
ürəyi... Bir gün uşaqlığının, gəncliyinin və
bütün həyatının birliktə keçdiyi
rəfiqəsi ilə dərdləşərkən, “artıq
dözə bilmirəm, sənə deməliyəm
bunu” - deyə sözünü kəsdi
rəfiqəsi. “O, səni aldadır. İş yerimin düz qarşısındakı restoranda gənc
bir xanımla hər gün nahar edir.
Sonra da bir-birlərinə sarılıb
maşına minirlər...”
“Sus! Sus! Eşitmək istəmirəm bu
yalanları” – deyə bağırdı Sevda. Neçə illik rəfiqəsini onun
xoşbəxtliyini qısqanmaqla
günahlandırdı...
Ertəsi gün nahar vaxtı o
restoranın qarşısında bir küncə
sıxıldı səssizcə və pəri nağıllarının sadəcə nağıl olduğunu başa
düşdü... Həyat yoldaşının əvvəllər
eyni xəstəxanada işlədiyi gənc
tibb bacısını tanıdı o saat. Bəzən
evlərinə qonaq gələn qadına necə
sarıldığını gördü Aqşinin... Axam həyat yoldaşı evə gələr-
gəlməz bəzən bağıraraq, bəzən
ağlayaraq, bəzən ona möhkəm-
möhkəm sarılaraq, bəzən də
yumruqlayaraq söylədi üzünə hər
şeyi. İnkar etmədi Aqşin. Zamanla hisslərin dəyişə bildiyini, insanların
orta yaşa çatdıqda fərqlilik
axtardığı kimi bir neçə bəhanə
sadaladı və çemodanını götürün
çıxdı evdən. Qapıdan çıxarkən
“son bir dəfə qucaqlamaq istəyirəm səni” – dedi, amma
Sevda “rədd ol” – dedi nifrətlə...
İlk andaca boşandılar... Leyli və
Məcnunun belə həsəd apara
biləcəyi müasir bir eşq
macərasının belə sonlanmasına heç kim inana bilmirdi. Dostlarının
dəstəyi ilə ayaqda durmağa çalışdı
qadın. Aqşinin sevgilisi ilə birgə
Amerikada yaşadığını öyrəndi.
Bəzən tək qaldığında onu hələ də
sevdiyini hiss edincə, ağlamaq krizisi keçirir, sevgisinin yerini ən
az onun qədər nifrətin əvəz
etməsi üçün dua edirdi.
Aradan bir il keçdi... Hər şeyin
dərmanı olduğu söylədiyimiz
zaman belə Sevdanın dərdinə əlac olmamışdı. Bir səhər dayanmadan
çalınan qapı zənginə oyandığında,
qarşısında o qadını gördü. “Sən
buraya nə üzlə gəlmisən?” – deyə
bağırmaq istədi, amma səsi
çıxmadı. “Xahiş edirəm, içəri girməyimə icazə ver, mütləq
danışmalıyıq” – dedi gənc qız.
Divanda oturdu və çətinliklə
eşidiləcək bir səslə danışmağa
başladı:
“Hər şey göründüyü kimi deyil əslində. Çox ağrılıdır, amma Aqşin
1 saat əvvəl öldü. Keçən il
Amerikadakı konqresə getdiyi
zaman öyrəndi xəstəliyini və
təxminən 1 il ömrü qaldığını. Buna
sənin dözə bilməyəcəyini, hər zaman dediyin kimi onunla birlikdə
ölmək istəyəcəyini bilirdi. Səni
özündən uzaqlaşdırmaq üçün
məndən sevgilisi rolunu
oynamağımı istədi. Ailəsinə də
xəbər vermədi. Bir yerdə Amerikada yaşadığımız yalanını
yaydı. Amma özü ilk qarşılaşdığınız
avtobus dayanacağının qarşısında
bir ev tutmuşdu. Müalicə alır və
sağalacağına inanırdı. Amma
olmadı. Gecə halı pisləşib, baxıcı mənə zəng etdi, son anda çata
bildim. Sənə bu qutunu verməyimi
istədi...”
Gözlərindən axan yaşları
dayandıra bilməyəcəyini bilirdi
Sevda. Elə burdaca ölmək istəyirdi. Əlindəki qutunu açdı, xüsusi
diqqətlə bükülmüş xeyli sayda
kağız var idi içində. İlk kağız
parçasında “xahiş edirəm, bu
kağızları sıra ilə oxu, sevgilim” –
yazılmışdı... Sıra ilə oxudu; “Sən çox sevdim”, “Səni sevməkdən heç
zaman usanmadım”, “Sənin üçün
ölərəm deyirdin hər zaman, doğru
söylədiyini bilirdim”, “Ancaq
mənim üçün ölməyini istəmədim”,
“İndi mənə söz verməyini istəyirəm”, “Mənim üçün
yaşayacaqsan, oldumu?”.
Son kağızı götürəndə qutuda bir
açar olduğunu gördü Sevda... və
son kağızda bu sözlər yazılmışdı:
“Sahildəki evimizi sənin çəkdiyin layihə üzrə tikdirdim. Böyük
eyvanda qağayılarla səhər yeməyi
yeyərkən hər zaman səni
izləyəcəyəm...”